2 May 17:52
268
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa məhkəməsi 76 yaşlı kişini Prezident Emmanuel Makron və həyat yoldaşını “hədələdiyi üçün” 6 ay həbs cəzasına məhkum edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

İddiaya görə, guya yaşlı adam Sosial Xidmət Mərkəzinə göndərdiyi məktubda prezident və həyat yoldaşını boğmağa çağırıb və məktuba müvafiq məzmunlu fotokollaj əlavə edib. O, həmçinin Parisdə keçiriləcək Olimpiya Oyunlarının açılışı zamanı “Makronu təhdid edə biləcək risklər”dən yazıb.

Təqsirli bilinən şəxsin vəkili isə deyib ki, məktub xeyli maddi sıxıntısı olan və mənzil ala bilməyən, bu səbəbdən qarajda yaşamaq məcburiyyətində qalan bir qocanın kömək çağırışıdır. Həmin şəxsin özü də bildirib ki, heç kimə zərər vermək niyyətində deyil, belə bir fikri olsaydı, məktubu Yelisey Sarayına göndərməzdi.

Məhkəmə bu təminatları inandırıcı hesab etməyib və prokurorluğun vəsatətini təmin edərək onu həbsə məhkum edib. Guya həmin şəxs 1988-2021-ci illərdə yüngül cinayətlərə görə bir neçə dəfə saxlanılıb.


Müəllif: Mənsur Rəğbətoğlu