17 May 15:30
3 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanla Azərbaycan arasında davam edən danışıqlarda müsbət irəliləyişlər var.

Teleqraf.com xəbər verir ki, bunu Avropa Şurasının sessiyasında çıxış edən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Bəzi problemlərlə yanaşı, müsbət irəliləyişləri də qeyd etməliyik. Nəhayət apreldə Azərbaycan və Ermənistan 1991-ci il Almatı nəyannaməsi əsasında delimitasiya və demarkasiya işlərinə başlayıb, bu, bir çox dövlət və beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurasının baş katibi tərəfindən müsbət qarşılanıb.

Mayın 10-11-də Azərbaycan xarici işlər naziri ilə Almatıda keçirilən son görüşdə qeyd etdiyimiz kimi, Ermənistan Almatı bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınmasına, dövlət sərhədinin delimitasiyasına, eləcə də iki ölkənin suverenliyi və yurisdiksiyası altında, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında regional kommunikasiyaların (nəqliyyat dəhlizləri) açılması və Cənubi Qafqazda sabit və davamlı sülhün əldə edilməsinə sadiqliyini bir daha təsdiqləyir”, - erməni nazir bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər