6 May 23:20
302
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla HƏMAS lideri İsmayıl Haniyə arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, danışıq zamanı münaqişənin aradan qaldırılması istiqamətində görülən işlər müzakirə edilib.

Ərdoğan sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib ki, danışıq zamanı Qəzzada qarşıdurmalara və zorakılığa son qoymaq üçün göstərilən səyləri müzakirə edib: “HƏMAS-ın vasitəçilərdən aldığı atəşkəs təklifini bəyənməsini qiymətləndirdik. Türkiyənin təklifləri əsasında HƏMAS-ın qərarını müsbət qiymətləndirdiyimizi ifadə etdiyim danışıqda İsrailin daimi atəşkəs üçün addımlar atmasının zəruri olduğunu da vurğuladıq”.


Müəllif: Teleqraf.com