7 May 17:26
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya may ayı ərzində Odessa və Xarkov vilayətlərini almalıdır.

Teleqraf.com xəbər verir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov deyib.

Onun sözlərinə görə, Ukrayna ilə daha sərt və fəal mübarizə aparılmalıdır.

“Hesab edirəm ki, daha fəal hücuma keçməliyik, vaxt varkən güclü zərbələr endirməliyik. Bu ay ən yaxın əraziləri almalıyıq. Odessa və Xarkovu mütləq almalıyıq”, - Kadırov bildirib.

Kadırovun növbəti planı Ukrayna Prezidenti Vladimir Zelenskini Rusiya üçün lazım olan sənədləri imzalamağa məcbur etməkdir. Çeçenistan lideri qeyd edib ki, Rusiyanın, onun əhalisi və Ukraynada yaşayan rusdilli insanların təhlükəsizliyinə zəmanət verən sənədləri nəzərdə tutur.


Müəllif: Mənsur Rəğbətoğlu