8 May 15:37
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qazaxıstanda keçirilməsi planlaşdırılan görüşünü alqışlayır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Mayın 10-na planlaşdırılan bu görüşü alqışlayırıq”, - diplomat Rusiyanın görüşdən gözləntiləri ilə bağlı sualı cavablandırarkən bildirib.

Zaxarova vurğulayıb ki, Moskva Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması proseslərinə yardım etməyə davam etməyə hazırdır.

Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybək Smadiyarov bundan əvvəl xarici işlər nazirlərinin mayın 10-da Almatıda görüşünün keçiriləcəyini təsdiqləyib. Smadiyarov söyləyib ki, danışıqlar qapalı olacaq, amma görüşdən əvvəl jurnalistlər dəvət olunacaq.


Müəllif: Mənsur Rəğbətoğlu