22 May 23:29
319
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa nüvə başlığı daşıya bilən yenilənmiş “ASMPA” raketinin ilk sınağını keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Sebastyen Lekornu “X” hesabında məlumat verib.

“Fransa Hərbi Hava Qüvvələrinə məxsus “Rafale” təyyarəsi təkmilləşdirilmiş “ASMPA” raketinin ilk sınaq buraxılışını uğurla həyata keçirib”, - nazir qeyd edib.


Müəllif: Teleqraf.com