Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin II turunda baş tutan Türkiyə - Portuqaliya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Teleqraf.com UEFA-nın mətbuat xidmətinə istinadla xəbər verir ki, portuqaliyalı yarımmüdafəçi Bernardu Silva qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
O, görüşdə ilk qolun sahibi olub.