1 İyun 19:06
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Baş naziri Benyamin Netanyahu HƏMAS-ın hərbi və idarəetmə imkanları məhv edilənə qədər Qəzzada daimi atəşkəsin olmayacağını bildirib.

Teleqraf.com xəbər verir ki, ölkə lideri şərtlər yerinə yetirilənədək Qəzzada hərbi əməliyyatların davam edəcəyini vurğulayıb.

“Müharibəyə son qoymaq üçün İsrailin şərtləri dəyişməyib: HƏMAS-ın hərbi və idarəetmə imkanlarının məhv edilməsi, bütün girovların azad olunması və Qəzzanın artıq İsrail üçün təhlükə yaratmamasını təmin etmək. İsrail daimi atəşkəs əldə edilməzdən əvvəl bu şərtlərin yerinə yetirilməsində israra davam edəcək. Bu şərtlər yerinə yetirilməmişdən əvvəl İsrailin daimi atəşkəsə razı olacağı düşüncəsi mümkün deyil”, - Netanyahu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər