3 İyun 21:57
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu Kurşçinadan Sumı vilayətinə hücum etmək üçün yeni hərbi cəbhə aça bilər.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi analitik Aleksandr Kovalenko deyib.

“Yeni istiqamət sərhəd zolağıdır. Bu, bir neçə istiqamət, bunlar arasında, məsələn, Rusiya ilə sərhəddən təxminən 3-5 kilometr məsafədə yerləşən hər hansı bir yaşayış məntəqəsi ola bilər”, - Kovalenko vurğulayıb.

Ukrayna ordusunun zabiti Makim Jorin Rusiyanın ölkənin şimal vilayətlərində yeni cəbhə açmaq qərarına gələ biləcəyinə inandığını söyləyib. Onun fikrincə, hazırda ən böyük təhlükə Sumı bölgəsidir.

Ukrayna Silahlı Qüvvələrinin digər zabiti İqor Lapin də belə bir fikir bildirib ki, ruslar Sumı yaxınlığında Ukraynanın diqqətini cəbhənin digər istiqamətlərindən yayındırmaq üçün qüvvə toplayır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər