3 İyun 19:11
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikanın hazırkı prezidenti Andres Manuel Lopez Obrador səlahiyyətlərini seçkilərdə qalib gəlmiş Şeynbauma təhvil verdikdən sonra istefa verəcək.

Teleqraf.com “RİA Novosti”yə istinadən xəbər verir ki, Obrador siyasətdə qalmaq niyyətində deyil.

O, jurnalistlərə açıqlamasında bildirib: “Mən prezident kimi işimi başa çatdırmaqdan çox məmnunam. Missiyamın tamamlandığını işimi Klaudiya Şeynbauma təhvil verəndə deyə biləcəm. Sonra isə təqaüdə çıxacam”.

Lopez Obrador qeyd edib ki, fəaliyyəti boyu ölkənin inkişafını üçün çalışıb, bundan sonra isə ictimai-siyasi fəaliyyətini dayandırır.

Qeyd edək ki, iyunun 2-də Meksikada keçirilən prezident seçkilərində Hakim Milli Yenidənqurma Hərəkatının lideri Klaudiya Şeynbaum qalib gəlib. O, Meksikanın 200 illik müstəqilliyi dövründə ali dövlət postuna seçilən ilk qadın olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər