Suriyanın İdlib şəhərində şagirdləri daşıyan avtobus çaya aşıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəzada əksəriyyəti uşaq olmaqla 6 nəfər ölüb.
Verilən xəbərə görə, İdlibin Uyunara kəndi yaxınlığında məktəbə gedən şagirdləri daşıyan avtobus Orontes çayına düşüb. Hadisə yerinə çoxlu təcili yardım maşınları cəlb edilib.
Baş verən qəzada əksəriyyəti uşaq olmaqla 6 mülki şəxs həyatını itirib, çoxlu sayda uşaq isə yaralanıb. Axtarış-xilasetmə işləri davam edərkən, yaralılar ətrafdakı xəstəxanalara aparılıb.