8 İyun 08:15
354
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Antoni Blinkenin bazar ertəsi günü Yaxın Şərqin bir neçə ölkəsinə səfəri başlayacaq.

Teleqraf.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller dövlət katibi Antoni Blinkenin Yaxın Şərq səfəri çərçivəsində Misir, İsrail, İordaniya və Qətərə səfər edəcəyini deyib.

O həmçinin dövlət katibinin əsas gündəmində olan məsələnin İsrail və Fələstin arasında atəşkəs razılaşması olduğunu deyib.

Məlumatda həmçinin Blinkenin Yaxın Şərq turunun bazar ertəsindən çərşənbə gününə qədər davam edəcəyi bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər