9 İyun 00:44
459
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun baş katibi Yens Stoltenberq gələn həftə Macarıstana səfər etməyi planlaşdırır.

Teleqraf.com "RİA Novosti"yə xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban TV2 telekanalına müsahibəsində bildirib.

Səfərin məqsədi Budapeştin NATO-nun digər dövlətlərə qarşı hərəkətlərində iştirak etməməsi məsələsini müzakirə etməkdir.

“Seçkilərdən sonra NATO-nun baş katibi bizə gələcək, biz də bu məsələyə toxunacağıq. İyulun 1-i isə Vaşinqtonda alyansın sammitidir”, - o qeyd edib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər