Maldiv adalarının parlamenti İsrail pasportu olan şəxslərin ölkəyə girişini qadağan etmək üçün qanuna lazımi düzəlişi qəbul edib.
Teleqraf.com TRT-yə istinadən xəbər verir ki, bu barədə qanun layihəsi parlamentdə səs çoxluğu ilə qəbul edilib.
Xəbərdə deyilir ki, qanun parlamentə müxalifət partiyası olan Maldiv Demokratik Partiyasının (MDP)tərəfindən təqdim edilib. Qanuna müvafiq dəyişiklik baxılması üçün Təhlükəsizlik Komitəsinə göndərilib. Yekun səsvermədən sonra ikili vətəndaşlığı olanlar da daxil olmaqla, bütün İsrail vətəndaşlarının Maldiv adalarına girişi yasaqlanıb.
Maldiv adalarında İsrail vətəndaşlarının ölkəyə girişinin qarşısını almaq üçün keçirilən nümayişlərdən sonra, Maldiv Prezident Aparatı iyunun əvvəlində İsrail pasportu sahiblərinin adaya daxil olmasının qarşısını almaq üçün qanunun dəyişdirilməsinə qərar verdiyini açıqlamışdı.