“HƏMAS” atəşkəs təklifi ilə bağlı Misir və Qətərə rəsmi olaraq cavab verib.
Teleqraf.com xəbər verir ki, “HƏMAS” hərəkatının Qəzzada atəşkəs təklifi ilə bağlı Misir və Qətərə rəsmi olaraq cavab verdiyi bildirilir.
Qeyd olunur ki, “HƏMAS” İsrailin qoşunlarının çıxarılması və girovların dəyişdirilməsi şərtləri ilə atəşkəs təklifini qəbul etməyə hazırdır.
Xatırladaq ki, iyunun 10-da BMT Təhlükəsizlik Şurası ABŞ lideri Co Baydenin Qəzza zolağında atəşkəs planı ilə birlikdə ABŞ-ın qətnaməsini qəbul edib. Səsvermə zamanı qətnaməni 15 ölkədən 14-ü dəstəkləyib.