Rusiyanın Moskva vilayətinin Klin şəhəri yaxınlığında “Atəş” partizan hərəkatı (Ukrayna) təxribat törədərək, “Liven” peyk rabitəsi stansiyasını məhv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə hərəkatın Teleqram kanalı məlumat yayıb.
Partizanların məlumatına görə, stansiya 584-cü qvardiya zenit-raket alayının yerləşdiyi yerdə olub. Partizanlar “Liven”in Rusiya zirehli qüvvələrinin strateji və əməliyyat xətləri ilə əlaqələrini təmin etdiyini bildiriblər.
“Bu stansiyanın vurulması nəticəsində müəyyən edilmiş zenit-raket alayının idarəetmə sistemi əhəmiyyətli dərəcədə məhv edilib, nəticədə bütün Moskva vilayətinin hava hücumundan müdafiə sistemi zəifləyib”, - məlumatda deyilir.