12 İyun 20:28
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kubaya yol alan Rusiya dəniz donanmasının Florida ştatına yaxınlaşmasından sonra ABŞ bölgəyə Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri və təyyarələrini göndərib.

Teleqraf.com xəbər verir ki, ABŞ bölgəyə 3 hərbi gəmi və kəşfiyyat təyyarələri göndərib.

Məsələ ilə bağlı açıqlama verən ABŞ rəsmiləri narahatlığa heç bir əsas olmadığını deyiblər:

"Standart prosedurlara uyğun olaraq, biz beynəlxalq sularda tranzit kimi istifadə edən Rusiya gəmilərini fəal şəkildə izləyirik. Rusiyanın regionda yerləşməsi ABŞ üçün birbaşa təhlükə və ya narahatlıq yaratmayan hadisədir".

Kuba Xarici İşlər Nazirliyinin iyunun 6-da verdiyi açıqlamada Rusiyadan 3 gəmi və bir sualtı gəmisinin paytaxt Havana limanına səfər edəcəyi bildirilib.


Müəllif: Arzu

Oxşar xəbərlər