İspaniyaya səfərim çərçivəsində “Eurofighter” döyüş təyyarələrinin alınması barədə Baş nazir Pedro Sançezlə müzakirə aparmışam.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu məsələni cənab Sançezlə müzakirə etdik. İspaniyanın bizi bu təyyarələrlə təmin etmək şansı və ya imkanı var. Almaniya ilə təmaslarda bu məsələdə bizə köməklik göstərmələrini onlara söylədim “Eurofighter” barədə belə bir görüş keçirə biləcəyini dedi. Hər şeydən əvvəl “Eurofighter” bizim üçün vacibdir. Almaniya indi bu məsələdə yumşalıb. Nazirlərimiz həmsöhbətləri ilə lazımi görüşlər keçirirlər və bundan sonra da keçirəcəklər”, - Türkiyə lideri vurğulayıb.
Satış Böyük Britaniya, Almaniya, İtaliya və İspaniyadan icazə tələb edir. Üç ölkə razılığını versə də, Almaniya hələlik yekun qərarını açıqlamayıb.