16 İyun 12:59
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada Rostov İstintaq Təcridxanasının əməkdaşlarını girov götürən məhbuslara qarşı hüquq mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, əməliyyat nəticəsində girovlar azad edilib, altı məhbus zərərsizləşdirilib.

Artıq bir neçə təcili yardım maşını istintaq təcridxanasının ərazisinə daxil olub.

***

Bir neçə təcili yardım maşını Rostov istintaq təcridxanasının ərazisinə daxil olub.

Teleqraf.com xəbər verir ki, bu barədə hadisə şahidləri bildirirlər.

Atışma səsləri hələlik kəsilib.

Bu gün Rostov şəhərində yerləşən 1 saylı İstintaq təcridxanasında cəza çəkən beş nəfər İŞİD üzvü təcridxananın iki əməkdaşını girov götürüb.

TASS-ın yaydığı son məlumatda deyilir: “Rusiyanın Federal Penitensiar Xidmətinin Rostov vilayətindəki 1 saylı İstintaq Təcridxanasında girovların azad edilməsi üzrə keçirilən xüsusi əməliyyat zamanı cinayətkarlar məhv edilib, girovluqda olan əməkdaşlar azad edilib. Xəsarət alan yoxdur”.

***

12:23

Rusiyanın Federal Penitensiar Xidmətinin Rostov vilayətində yerləşən 1 saylı istintaq təcridxanasında saxlanılan altı şəxs cəzaçəkmə müəssisəsinin iki əməkdaşını girov götürüb.

Bu barədə Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir.

Belə ki, məhkumlar təcridxanadakı kameranın pəncərəsinin barmaqlıqlarını sındıraraq növbətçi məntəqəyə daxil olublar və nəzarətçi ilə əməliyyat zabitini girov götürüblər.

Qeyd olunub ki, cinayətkarlar avtomobil, silah və təcridxananı tərk etmək imkanı tələb edirlər. Artıq vilayətin Daxili İşlər Nazirliyinin və Milli Qvardiyanın bütün şəxsi heyəti istintaq təcridxanasına göndərilib.

Təcridxanada üsyan edən Akiyev Şamil, Qiriyev Tamerlan və Tsiskiyev Azamat Karaçay Çərkəz Respublikası ərazisində terror aktı törətməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum ediliblər. Digər üç nəfərin şəxsiyyəti dəqiqləşdirilir.

“TASS”a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, təcridxanada işçilərin girov götürülməsi əvvəlcədən planlaşdırılıb və məhbusların hərəkətlərinin kənardan əlaqələndirilməsi versiyası yoxlanılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər