Amerika tərəfinin təhvil verdiyi F-16 qırıcıları Ukrayna ərazisinə yerləşdiriləcək.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan PBS telekanalına müsahibəsində bildirib.
“Plan F-16-ların Ukraynada yerləşdirilməsidir. ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Vladimir Zelenskinin imzaladığı ikitərəfli təhlükəsizlik sazişi bu məqamı vurğulayır: biz Ukraynaya bu vəsaitləri əldə etməkdə kömək etmək istəyirik. Belə vəsaitlər Ukraynada yerləşdirilməlidir”, - deyə Sallivan bildirib.