22 İyun 10:50
1 267
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu Donetsk vilayətinin Toretsk şəhərinə (Baxmut) təzyiqləri artırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb.

Son günlərdə Toretsk yeni və son dərəcə qaynar nöqtəyə çevrilib. Son məlumata görə, ruslar dəmir yoluna paralel küçə ilə irəliləyiblər.

Ruslar Şumı kəndi, nasos stansiyası və digər obyektləri ələ keçiriblər. Hazırda şəhərdə döyüşlərin davam etdiyi deyilir. Təhlilçilərin fikrincə, Rusiya ordusu taktiki uğurunu inkişaf etdirmək üçün ehtiyat qüvvələri irəli ata bilər.

“Məqsəd bəllidir - Toretski işğal etmək”, - nəşr vurğulayır.

Hərbi ekspert Sergey Qrabski söyləyir ki, Toretsk üzərində nəzarət Ukrayna ordusuna Rusiyanın təchizat və rabitə xətlərinə təsir etməyə imkan verir. Onun sözlərinə görə, şəhərin itirilməsi bütün Donetsk şəhər aqlomerasiyasının itirilməsi olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər