Vaşinqton Gürcüstanı Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) sammitində iştirak etməyə dəvət edib.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen deyib.
“Bütün NATO tərəfdaşları tərəfdaşlar sammitində iştirak etməyə dəvət olunur. Onlar da”, – diplomat jurnalistlər üçün keçirdiyi brifinqdə qeyd edib.
Ceyms O`Brayenin sözlərinə görə, Amerika hakimiyyəti hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının “hazırda getdikcə çox az sayda liderdən qaynaqlanan qərarları və ritorikasından çox narahatdır”. O bildirib ki, Tbilisinin hərəkətləri ölkənin Aİ və NATO-ya üzv olmaq istəklərinə ziddir.
Qeyd edək ki, sammit iyulun 9-dan 11-dək baş tutacaq.