29 İyun 00:35
393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın paytaxtında güclü yağışlar nəticəsində hava limanının damı uçub.

Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bildirlir ki, Yeni Dehli Beynəlxalq Hava Limanında daxili reyslərin həyata keçirildiyi Terminal 1-in damı avtomobillərin üzərinə uçub.

Dehli Xilasetmə Xidmətinin rəisi Atul Qarq yaralıların xəstəxanaya aparıldığını və xilasetmə əməliyyatının tamamlandığını bildirib. Bildirilir ki, hadisə nəticəsində ən azı 10 reys ləğv edilib, 40 reys gecikib.


Müəllif: Arzu