30 İyun 08:05
1 872
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Təkcə müharibəni bitirmək yox, yeni müharibənin mümkünsüz olacağı reallığını yaratmaq lazımdır".

Teleqraf.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Xorvatiyada Dubrovnik Forumunda keçirilən panel müzakirəsində çıxış edərkən deyib.

O müharibənin ədalətli və davamlı sülhün əldə edilməsi ilə başa çatmalı olduğunu qeyd edib.

"Öz yaxın tariximizdən, eləcə də digər regionların tarixindən bildiyimiz kimi, ədalətsiz sülh yeni müharibəyə gətirib çıxarır. Ona görə də məqsəd təkcə müharibəni bitirmək deyil, sülhün ədalətli və davamlı olacağı, yeni müharibənin mümkünsüz olacağı reallığını yaratmaqdır. Bu, qələbə olacaq”, - Kuleba vurğulayıb.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər