Rusiya-Ukrayna müharibəsi kritik dönəmə keçmək üzrədir. Hansı ki, bu mərəhələdən artıq dönüş imkanı olmaya bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.
"Ölkələr arasında əbhə xətti qanlı şahmat matçının yerinə çevrilir. Hər iki tərəf yer itirmədən üstünlük tapmaq üçün fiqurları hərəkət etdirir. Ukrayna üçün hazırda vəzifə ötən yay uğursuz əks-hücumdan sonra Qərb silahlarının köməyi ilə öz mövqeyini saxlamaqdır. Rusiya çox güman ki, kiçik qazanclar üçün çox sayda əsgəri qurban verərək standart yanaşmasını tətbiq etməyə davam edəcək", - məlumatda bildirilib.
Nəşrin məlumatına görə, Xarkova böyük hücum üçün rusların kifayət qədər qoşunları yoxdur. Qoşunların Xarkova köçürülməsi cəbhənin digər bölmələrinin zəifləməsinə gətirib çıxaracaq.