Rusiyada Ukrayna Prezident Aparatının (OP) rəhbərinin müşaviri Mixail Podolyakın qardaşı Vladimir Podolyak dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Strana" mediası məlumat yayıb.
Nəşr məzardan polkovnik rütbəli hərbi geyimli bir adamın portretini əks etdirən foto dərc edib. Fotoya görə 59 yaşlı Podolyak mayın 19-da dünyasını dəyişib. Bildirilir ki, o, hərbi təqaüdçü olub.
Fevral ayında Zelenskinin müşaviri onun Rusiyada qohumlarının olduğunu təsdiqləyib, lakin onların ünsiyyət qurmadıqlarını qeyd edib:
“Sovet İttifaqında insanlar başqa ölkədə yaşamağı seçiblər, əgər mən insanlarla ünsiyyət qurmuramsa, onlara cavabdeh olmalıyam?”
Podolyak həmçinin vurğulayıb ki, onun və qardaşının Ukrayna münaqişəsi ilə bağlı fərqli baxışları var.