4 Oktyabr 21:27
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin baş katibi Antonio Quterreş oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyadakı beynəlxalq təşkilatın informasiya mərkəzinin rəhbəri Vladimir Kuznetsov məlumat verib.

“Mən üç həftədən sonra Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşin də iştirak edəcəyi BRİKS sammitinə ev sahibliyi edəcək Kazanda olmaqdan çox məmnunam”, - Kuznetsov deyib.

BMT nümayəndəsinin sözlərinə görə, Quterreş sammit zamanı “2030-cu ilə qədər beynəlxalq inkişafa dair mühüm razılaşmaların” əldə ediləcəyini gözləyir.


Müəllif: Arzu

Oxşar xəbərlər