19 İyul 01:55
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniyadan olan deputat - S.O.S. Rumıniya partiyasının lideri Diana Şoşoake bir neçə dəfə spikerlərin sözünü kəsdikdən sonra Avropa Parlamentinin iclasından kənarlaşdırılıb.

Teleqraf.com xəbər verir ki, xanım siyasətçi buna etiraz əlaməti olaraq it ağızlığı taxıb.

Bildirilir ki, Şoşoake söz azadlığının pozulduğu üçün etirazını bu yolla ifadə edib.

İclasdan çıxmazdan əvvəl Avropa Parlamentinin Rumıniyadan olan deputatı onun rumınlar tərəfindən seçildiyini xatırladıb.

Deputat bildirib ki, o, koronavirus peyvəndi ilə insanların öldürülməsinə, rumınlara LGBT dəyərlərinin tətbiq edilməsinə qarşı çıxır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər