19 İyul 15:06
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı iş adamı, X, Tesla və SpaceX sosial şəbəkəsinin rəhbəri İlon Mask qlobal fasilədən sonra rəqiblərini ələ salıb.

Teleqraf.com xəbər verir ki, diqqətçəkən paylaşımları ilə gündəmə gələn Mask bu dəfə “Microsoft” şirkətini hədəfə alıb.

O bildirib ki, “Microsoft” korporasiyasının sistemlərində genişmiqyaslı problemlər fonunda X sosial şəbəkəsi normal fəaliyyət göstərir.

"Bu proqram hələ də işləyir?", - deyə o, sosial media hesabında yazıb.

İş adamı həmçinin X şəklində olan şəxsin sakitcə yan tərəfdə dincəldiyi, "Microsoft"u təmsil edən digərlərinin isə çılğın şəkildə irəli-geri qaçdığı bir şəkildə yerləşdirib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər