22 İyul 09:35
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan iğtişaşlar fonunda 4500-dən çox tələbəni Banqladeşdən təxliyə edib .

Teleqraf.com xəbər verir ki , bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Hindistan öz vətəndaşları ilə birlikdə Nepal, Maldiv adaları və Butan vətəndaşlarının da ölkədən çıxarılmasında iştirak edib.

Qeyd edək ki, iyulun 18-də paytaxt Dəkkədə polis ictimai asayişi qoruyarkən etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib, hökumət isə nümayişləri yatırmaq üçün mobil internet şəbəkələrinin bağlanmasına göstəriş verib. Paytaxtın səmasında hərbi helikopterlər dövrə vurur, küçələrə zirehli texnikalar çıxarılıb.

Banqladeşin Baş nazir Şeyx Hasina xalqa müraciət edərək, kvota sistemində islahat tələb edən tələbələrin Banqladeş Ali Məhkəməsinin qərarından məyus olmayacaqlarını söyləyib.


Müəllif: Arzu

Oxşar xəbərlər