Yunanıstan rəsmi olaraq 20 ədəd F-35A qırıcısının alınmasına dair müqavilə imzalayıb. Beləliklə, Yunanıstan “Lockheed Martin” şirkətinin istehsalı olan beşinci nəsil qırıcılardan istifadə edəcək 19-cu ölkə olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Yunanıstan müdafiə naziri Nikos Dendias deyib.
“Yunanıstan dünyanın ən müasir döyüş təyyarələrini almaqla güclü silahlı qüvvə qurur”, - o vurğulayıb.