Tayvan Çinlə mübarizə yox, dialoq aparmağa üstünlük verir.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə paytaxt Taypeydə keçirilən konfransda Tayvan rəhbəri Lay Çinq-Te deyib.
Konfransda çıxış edən Tayvan lideri Lay Çinq-Te digər ölkələrin Tayvana dəstək göstərdiyini bildirib. O, Çinlə əlaqələrlə bağlı çıxışında isə mübarizə aparmaq əvəzinə dialoqa üstünlük verdiyini deyib.