Türkiyə parlamentinin spikeri Numan Kurtulmuş avqustun 15-nə fövqəladə iclas çağırıb.
Teleqraf.com xəbər verir ki, Türkiyə qanunvericilik məclisi rəhbərinin əmrinə əsasən, iclasda Fələstin lideri Mahmud Abbas çıxış edəcək.
Qeyd edək ki, bir qədər öncə Türkiyə Prezidenti Aparatının Kommunikasiyalar Departamenti Abbasın 14-15 avqust tarixlərində Ankaraya səfər edəcəyini açıqlamışdı.