ABŞ-nin vitse-prezidenti Kamala Harris Demokrat Partiyasının nümayəndələrindən lazımi sayda səs toplaya bilib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Demokratlar Partiyasının Milli Komitəsinin sədri Ceymi Harrison açıqlamasında bildirib.
O bildirib ki, vitse-prezident Harris qurultay nümayəndələrinin əksəriyyətinin səsini qazanıb:
“Mən fəxrlə təsdiq edirəm ki, bazar ertəsi səsvermə başa çatdıqda Demokratların namizədi olacaq”.