İran Dövlət Televiziyası dünya ictimaiyyətinin diqqətini çəkən bəyanat yayıb.
Teleqraf.com xəbər verir ki, açıqlamanı İranın "Kanal 3" kanalı yayıb.
Bəyanata görə, dünya önümüzdəki saatlarda çox əhəmiyyətli hadisələrə şahidlik edəcək.
Bəyanatın məzmunu ilə bağlı ətraflı məlumat verilməsə də, siyasi, iqtisadi və ya hərbi sahədə baş verə biləcək mühüm hadisələrlə bağlı fərziyyələr sürətlə dünyaya yayılmağa başlayıb.
Bundan əlavə, bəyanatdan sonra bir çox ölkələr öz nümayəndələrini və xarici işlər nazirliklərini mümkün hadisələrə hazır olmaları barədə xəbərdarlıq edib.