Süni intellekt terrorçulara bioloji silah yaradılmasında kömək edə bilər.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri biokimyaçı və BMT-nin keçmiş silah müfəttişi Rokko Kasaqrande deyib.
Ekspert Ağ Ev rəsmilərinə bioloji silahların yaradılması üçün "chatbot"ların istifadə oluna biləcəyindən narahat olduğunu bildirib.
O izah edib ki, bu, biosilahların yaradılması və yayılması riskini artırır.