ABŞ Ali Məhkəməsi seçkilərə müdaxilə ilə bağlı keçmiş prezident Donald Trampa qarşı açılan işə yenidən baxacaq.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ali Məhkəmənin hakimi Tanya Çatken bildirib.
“Məhkəmə bu işdə yurisdiksiyanı bərpa etdi” – deyə o bildirib.
Qeyd olunur ki, bu iş üzrə ilkin məhkəmə iclası avqustun 16-na təyin edilib.
Bundan əvvəl xüsusi prokuror Cek Smit məhkəmənin Trampa qarşı gizli sənədlərlə düzgün işləməməsi ilə bağlı qərarı ilə bağlı apellyasiya şikayəti vermişdi.