Rusiya ilə Ukrayna arasındakı müharibə iki il yarımdır ki davam edir. Müharibənin qısa müddətdə bitməsi ehtimalı hələ üfüqdə görünmür.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.
"Regionumuz həqiqətən də ağrılı günlər yaşayır. Qəzzaya hücumlar 10 ayı keçib. HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə Qəzza böhranında yeni bir sərhəd də aşıldı", - deyə R.T.Ərdoğan qeyd edib.