ABŞ prezidenti Co Baydenin oğlu Hanter Baydenə yeni ittiham irəli sürülüb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, o, ABŞ institutlarına təsir etməyə cəhd edən rumıniyalı iş adamından pul almaqda ittiham olunur.
Sentyabrda keçiriləcək məhkəmə prosesində prokurorlar Hanter Bayden və onun iş ortağının ABŞ institutlarına və siyasətinə təsir etmək əməllərinə dair sübutlarla çıxış edəcəklər.
Prokurorlar Hanter Baydenin biznes tərəfdaşlarından hələ Co Baydenin vitse-prezident olduğu 2015-ci ildə 3 milyon dollardan çox ödəniş aldığını iddia edirlər. Popoviciu və Hanter Bayden ödənişləri "Rumıniyada daşınmaz əmlaka yatırım" adı ilə sənədləşdiriblər. Çünki onlar müqavilənin Co Bayden üçün siyasi nəticələrə səbəb ola biləcəyindən narahat idilər”.
Popoviciu 2017-ci ildə Rumıniyada korrupsiya ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.