9 Avqust 16:08
1 935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynalı generallar müharibəni bitirmək məqsədilə mümkün danışıqlardan əvvəl döyüş meydanında mövqelərini yaxşılaşdırmaq üçün Rusiyaya hücum riskini gözə almış ola bilərlər.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Bütün müharibə ərzində ilk dəfə danışıqlardan bəhs edilir. Rusiya Ukrayna və müttəfiqləri tərəfindən keçiriləcək növbəti sülh konfransında iştiraka dəvət oluna bilər. Zəif mövqedə olsa da, mümkün danışıqlarda ukraynalıların payı artır”, - məqalədə qeyd olunur.

Kanal bildirir ki, Kiyevdə Donald Trampın yenidən ABŞ prezident olması ehtimalı da artmaqdadır: “Qərbin xarici siyasətinin asanlıqla dəyişə bildiyini də nəzərə almaq lazımdır. NATO-nun Ukraynaya daim dəstək verəcəyi istisnadır. Müharibə dördüncü ilinə yaxınlaşdıqca, onun necə bitəcəyi ilə bağlı suallar daha da səslənəcək”.

Danışıqlar yolu ilə nizamlanma perspektivinin indi daha az uzaq olması səbəbindən CNN yazır ki, hər iki tərəf döyüş meydanında öz mövqelərini yaxşılaşdırmaq üçün əlindən gələni edəcək:

“Ukraynanın Kurska hücumunun bundan qaynaqlandığı, yoxsa sadəcə düşmənin zəif olduğu yerə ziyan vurmaq məqsədi daşıdığı bəlli deyil. Amma bu, Kiyevin məhdud resurslarla sürpriz və çox riskli oyununu göstərir və bu səbəbdən ukraynalıların bizi qarşıda böyük dəyişikliklərin gözlədiyinə inamından xəbər verə bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər