ABŞ prezidentliyinə namizəd Donald Tramp milyarder İlon Maska verdiyi sensasion müsahibəsində bir sıra məsələlərə toxunub.
Teleqraf.com xəbər verir ki, Donald Tramp ABŞ prezidenti Co Baydeni Ukraynaya müdaxilədə günahlandırıb.
Tramp iddia edib ki, Bayden prezident olmasaydı, Rusiya Ukraynanı işğal etməzdi.
Mask Trampın iddiasına etiraz etməyib və bunun əvəzinə onunla razılaşıb və əla bir fikir söylədiyini deyib.
2024-cü ildə ABŞ-də keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi iddia edib ki, onun Rusiya prezidenti Vladimir Putinlə güclü münasibəti münaqişənin qarşısını ala bilərdi.
Putinlə çox yaxşı anlaşırdım və o, mənə hörmət edirdi. Putinlə Ukrayna haqda tez-tez danışırdım. Ona dedim bunu etmə Vladimir pis günlər gələcək. Bunu etmə. Onun hərəkətlərinə cavab olaraq nə edəcəyimi söylədim. O, belə cavab verdi: Bu mümkün deyil. Mən dedim ki, bu mümkündür. Bu bizim son söhbətimiz idi. O, heç vaxt bunu etməzdi. Biz yaxşı anlaşırdıq və ümid edirəm ki, onunla yenidən anlaşacağıq. Hər şey daha yaxşı olacaq. Kim Çen Inla da yaxşı yola gedirdim".
Tramp, həmçinin Co Baydeni Ukraynanın NATO-ya üzv olmasına icazə verdiyinə görə tənqid edib.