Ukrayna ordusu Kursk vilayətinə Rusiyanın İrana verdiyi hərbi dəstəkdən sonra hücuma keçdi, bunda əsl məqsəd hərbi yox, siyasidir və Prezident Vladimir Putini küncə sıxışdırmaqdır.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə ordusunun təqaüdçü polkovniki Əray Güçlüər deyib.
“Bu gəlişmədən öncə Rusiya İrana Su-35 təyyarələri və S-400 batareyaları göndərmişdi. İsrailin İrana qarşı qabaqlayıcı zərbə endirməyə hazırlaşdığı bir vaxtda bunları Tehrana verməklə İsrailin hücumunu önlədi. Məsələnin siyasi tərəfinə nəzər saldıqda, Ukraynanın hücumunu Rusiyanın İrana verdiyi dəstəyə cavab olaraq görmək daha doğru yanaşma olardı. Siyasi məqsəd Putin hökumətini çətin vəziyyətə salmaqdır. Ruslar buna (Kurskun işğalına – red.) son qoyacaqlar. Dərinliklərində iki strateji ordu ehtiyatı var. Zirehli diviziyalar göndəriblər. Rusiyanın digər bölgələrində eyni vaxtda başqa hadisələrin baş verib-verməyəcəyinə də baxmaq lazımdır”, - polkovnik vurğulayıb.