15 Avqust 10:01
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələri son sutka ərzində Kursk vilayətində (Rusiya) irəliləyib. Ukraynalılar bir sıra yaşayış məntəqələri yaxınlığında bəzi əraziləri götürüblər.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Geolokasiya kadrları Ukrayna qüvvələrinin Kurskun Juravli şəhərinin şərq hissəsində əməliyyat apardığını və irəlilədiyini göstərir. Suca şəhərinin isə tam ələ keçirildiyi açıqlanıb.

Ukrayna hərbçiləri həmçinin Ulanokun şimal-qərbinə daxil olublar, bu, Silahlı Qüvvələrin bu yöndə irəlilədiyini deməyə əsas verir. Kamışnının qərb hissəsində də irəliləyiş olub.

Rusiya mənbələri Ukrayna ordusunun Qiri və Bilitsiyada əməliyyata başladığını bildirirlər.

ISW hesab edir ki, Ukraynanın Kursk əməliyyatı Rusiyanın müdafiə, logistika və təhlükəsizliyinə ciddi təsir göstərir. Peyk görüntüləri rusların Lqovdan cənub-qərbdə E38 Lqov-Rılsk-Qluxiv marşrutu boyunca xəndək və istehkamlar qazdıqlarını göstərir. Kadrlar həmçinin Lqovun cənubundakı 38K-024 marşrutu yaxınlığında istehkamlarının son görüntüsünü nümayiş etdirir.

Yeni istehkamlar Ukrayna ordusunun Kurskda yerləşdiyi nöqtədən təqribən 17 kilometr şimalda yerləşir. Bu, Rusiyanın ukraynalıların daha da irəliləyəcəyi ehtimalından narahat olduğunu göstərir.

Ruslar xüsusilə əsas magistrallardan narahatdırlar, bu səbəbdən Ukraynanın manevrlərinə mane olmaq üçün mühüm yolları, xüsusən də E38 və 38K marşrutlarını qorumağa çalışırlar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər