16 Avqust 16:06
1 619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Rusiyanı danışıqlar masasına oturtmaq üçün məcburedici üsullardan istifadə etməli olacaq.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Aparatı rəhbərinin köməkçisi Mixail Podolyak deyib.

“Ukrayna Rusiya ərazilərinin işğalında maraqlı deyil, bu, göz önündədir. Sadəcə Ukrayna beynəlxalq hüquq normaları çərçivəsində müdafiə müharibəsi aparır. Amma söhbət potensial danışıqlardan gedirsə, Rusiyanı masanın əks tərəfində oturtmalıyıq. Amma bizim qətiyyən yalvarmaq planımız yoxdur ki, zəhmət olmasa oturun, danışaq. Əvəzində praktiki, təsirli məcburetmə vasitələri var”, - Ukrayna rəsmisi vurğulayıb.

Podolyak qeyd edib ki, bunlar iqtisadi-diplomatik vasitələrlə yanaşı, həm də hərbi alətlərdir: “Rusiyaya ciddi taktiki məğlubiyyətlər yaşatmalıyıq. Kurskda açıq şəkildə görə bilərik ki, Rusiyanı ədalətli danışıqlar prosesinə gəlməyə inandırmaq üçün hərbi alətdən necə obyektiv istifadə olunur”.

Ukrayna rəsmisi əmindir ki, artıq müharibə onların ərazisinə sıçradığına görə ruslar qorxmağa başlayıblar: “Şokdadırlar. Televiziyalarda Kursk vilayətində gedən döyüşlər “sərhəddə məlum vəziyyət” adlandırılsa da, insanlar cəbhədəki real vəziyyətlə bağlı pıçıldaşmağa başlayıblar”.

Podolyak əlavə edib ki, Kurskdakı durum danışıqlara başlamaq üçün başqa bir arqument ola bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər