16 Avqust 18:03
2 527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hakim “Gürcü Arzusu” Partiyasını dövlətə “eşidilməmiş xəyanət”də ittiham edib.

Teleqraf.com xəbər verir ki, eks-prezident Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanskinin bəyanatına belə reaksiya verib.

Rusiyalı diplomat “Gürcü arzusu”nun 2008-ci il müharibəsi ilə bağlı Moskvanın mövqeyini dəstəklədiyini söyləmişdi.

“Dünən BMT-də gördüklərimiz və xüsusilə son günlər özünü göstərənlər Gürcüstanın çoxəsrlik tarixində eşidilməyən xəyanətlərdən biridir. İşğal altında olan Fransada belə Hitlerin marioneti olan Vişi hökuməti Birinci və İkinci Dünya müharibələrinin başlanğıcında Almaniyaya qarşı vuruşmuş soydaşlarını qınamağı düşünməmişdi”, - Saakaşvili diplomata cavabında deyib.

Onun fikrincə, bu ağılsız xəyanəti ölkəni Bidzina İvanişvili rejimindən xilas etmələri üçün Gürcüstan vətəndaşlarına açıq siqnaldır: “Əks halda, Gürcüstan dövləti dünya xəritəsindən əbədi olaraq yox olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər