Belarusda istənilən vaxt prezident seçkiləri keçirilə bilər.
Teleqraf.com xəbər verir ki, bunu ölkənin Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko deyib.
“Nümayəndələr Palatasının qərarını gözləyəcəyik, MSK istənilən vaxt seçki keçirməyə hazırdır”, - qurumun sədri bildirib.
Karpenko əlavə edib ki, 2025-ci il iyulun 20-dən gec olmayaraq keçirilməli olan seçkilər 2022-ci ildə başlanan genişmiqyaslı modernləşməni tamamlayacaq. O xatırladıb ki, həmin referendumla Belarus Konstitusiyasına əlavə və dəyişikliklər edilib.
Mərkəzi Seçki Komissiyasının rəhbəri bildirib ki, artıq potensial təşkilatçıların hazırlanmasına başlanılıb. Kurslar regional təhsilin inkişafı institutlarının bazasında aparılır. Əlavə avadanlıqlar alınır, seçki məntəqələrinin təşkili üçün yerlər müəyyənləşdirilir.