Ukrayna Silahlı Qüvvələri (AFU) Avropada genişmiqyaslı texnogen fəlakətə səbəb ola biləcək Kursk Atom Elektrik Stansiyasına (AES) hücum üçün hazırlıqlara başlayıb.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova XİN-in saytında dərc olunan şərhində bildirib.
“Daxil olan məlumatlara görə, Kiyev rejimi Kursk AES-ə hücum hazırlıqlarına başlayıb. Biz beynəlxalq təşkilatları, xüsusən də BMT və MAQATE-ni Kiyev rejiminin hazırladığı təxribatçı hərəkətləri dərhal pisləməyə çağırırıq ”, - diplomat bildirib.
Zaxarova onu da vurğulayıb ki, enerji obyektinə mümkün hücum, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) struktur rəhbəri Rafael Qrossinin tərtib etdiyi nüvə təhlükəsizliyi ilə bağlı postulatlarını pozur.