Ukrayna ordusunun Rusiyanın Kursk vilayətinə hücumu hamı üçün gözlənilməz oldu.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.
Onun sözlərinə görə, əməliyyatla bağlı əsas tənqid resursların niyə Donbas yox, Kurska yönəldilməsi ilə bağlıdır.
“Kim düşünürsə ki, Kursk əməliyyatı üçün istifadə olunan qüvvə və vasitələrlə Donbasda uğurlu əks-hücum keçirib, məsələn, 1200 kvadrat kilometrdən çox ərazini azad etmək olardı, o, hərbi elmdən son dərəcə uzaqdır” – analitik bildirib.
Kovalenko hesab edir ki, Kurskda istifadə olunan qüvvələr Donbasda heç nəyi dəyişməyəcəkdi:
“Bu, yalnız Rusiyanın hücum prosesini uzadacaq, onları bir sıra istiqamətlərdə ləngiməyə məcbur edəcəkdi, baçqa heç nə. Amma bununla onları dayandırmaq, uğurlu əks-hücuma keçmək mümkün deyildi. Bunun əvəzində Kurskda mühüm nəticələr əldə edilib. Məsələn, sərhəd logistikasının, xüsusən də Belqoroda gedən dəmir yolunun tamamilə dağılması kimi.
Həmçinin Rusiya hərbi komandanlığı istəməsə də, bir sıra digər istiqamətlərdəki bölmələrini yenidən yerləşdirməyə başlayıb, bu proses genişlənəcək. Çünki hələ də hücumu dayandıra bilmirlər.
Kurskun 1200 kvadrat kilometrdən çox ərazisi Ukrayna ordusunun nəzarətinə keçib, Qluşki rayonunun da mühasirəyə alındığını nəzərə alsaq, bu rəqəm tezliklə 1500 kvadrat kilometrdən çox ola bilər, bura götürdüyümüz əsirlər və sair daxildir. Ukrayna ordusu Donbasda belə ciddi nəticələr əldə edə bilməzdi”.