ABŞ-ın “Abraham Lincoln” təyyarədaşıyan gəmisi göyərtəsində döyüş təyyarələri ilə Yaxın Şərqə gəlib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
“USS Abraham Lincoln F-35C və F/A-18 Block III qırıcıları ilə ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına daxil olub”, - məlumatda deyilir.
Qeyd edək ki, bir gün əvvəl Pentaqon Yaxın Şərqə yeni aviadaşıyıcı zərbə qrupunun göndəriləcəyini və əlavə raketdən müdafiə sistemlərinin yerləşdiriləcəyini bildirib.