ABŞ-ın vitse-prezidenti Kamala Harris Demokratlar Partiyasından prezidentliyə namizəd olmağa razı olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli mətbuatada xəbər yayılıb.
“Mən bütün amerikalılar üçün prezident olmağa söz verirəm. Siz həmişə mənə etibar edə bilərsiniz ki, ölkəni partiyadan və eqodan üstün tutum”, - Harris bildirib.
Bundan əvvəl Minnesota qubernatoru Tim Uolz Demokratlar Partiyasından ABŞ-ın vitse-prezidenti vəzifəsinə namizədliyini irəli sürməyə razı olduğunu rəsmən açıqlayıb.